AZ

Yenə aviasiya faciəsi: Heyət üzvü həyatını itirdi

Kareliya Respublikasında Su-30 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 13-də Kareliyada planlaşdırılmış təlim uçuşu zamanı baş verib.

Belə ki, təyyarə yaşayış olmayan əraziyə düşüb.

Məlumatda qeyd olunub ki, təyyarənin ekipaj üzvü qəza nəticəsində həlak olub.

Seçilən
112
3
news365.az

4Mənbələr