ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Azərbaycan yığması DÇ-2026-ın seçmə oyununda evdə İslandiyaya uduzdu - 0:2. “Football-plus.az” qonaqların baş məşqçisi Arnar Qunnlauqsson oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- Çətin oyun oldu. Yaxşı nəticə qazandıq. Peşəkar oynadıq. İkinci hissədə Azərbaycan millisi daha yaxşı idi. - Azərbaycan millisi sizi təəccübləndirdimi?- Fiziki cəhətdən yaxşıydılar. İlk oyuna baxanda “artırıblar”. İkinci hissədəki başlanğıcı ilk yarıda gözləyirdim. Azarkeşlər önündə təzyiqi artıraraq intensiv oynadılar. Komandam da buna yaxşı reaksiya verdi. - Fernando Santuşla Ayxan Abbasovun oynatdığı komandalar arasında fərq hiss etdiz?- İlk oyundakı sistemlə çıxış etdilər. Amma indi daha intizamlıydılar. Düz yoldadılar. Vaxt lazımdı. Ukraynaya qarşı da yaxşı oynamışdılar. - Fransa - Ukrayna matçından gözləntiniz nədi?- Otelə gedib oyunu izləyəcəm. Heç-heçə 2-ci yerdə olmağımıza kifayət edəcək. Ümidvaram ki, dostum Mbappe bizi sevindirəcək (gülür).- Fikrinizcə, hakim bu oyunda ədalətli idimi?- İkinci hissədə bir epizodda penalti verəcəyini gözləyirdim. Vermədi. MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.