AZ

Mert Çelik üzr istədi

style='margin-bottom:10px;'>

“Sivasspor”un futbolçusu, Azərbaycan millisinin üzvü olmuş Mert Çelik Türkiyə Futbol Federasiyasının (TFF) apardığı mərc araşdırması çərçivəsində futboldan 45 gün müddətinə uzaqlaşdırılmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, Azərbaycanda “Neftçi” və Səbail”də də oynamış 25 yaşlı oyunçu sosial media hesabında paylaşım edərək məsələ ilə bağlı açıqlama yayıb:

”Bir müddətdir Türkiyə Futbol Federasiyasının gündəmində, adımın da hallandığı və nüfuzumuza zərər verən bir məsələ səbəbindən dərin narahatlıq yaşayıram.

Uşaqlıq illərində bir internet saytına qeydiyyatdan keçməyimin illər sonra qarşıma çıxan cəzasının ağrısını son günlərdə daha dərindən hiss edirəm. Ailəmə, yaxınlarıma və bütün Sivas xalqına yaşatdığım bu vəziyyət qarşısında duyduğum utancı sözlərlə ifadə etmək mümkün deyil. Yenə də, ən yüngül cəza ilə bu prosesi geridə qoyduğum üçün bir qədər təsəlli tapıram.

Bu müddət ərzində gecə-gündüz demədən çalışmalarımı davam etdirəcəyimdən heç kimin şübhəsi olmasın.

Meydana qayıtdığımda Sivas xalqı və böyük “Sivasspor” üçün tərimin son damlasına qədər mübarizə aparmağa davam edəcəyəm. Gündəmi məşğul etdiyim üçün bütün Sivasspor ailəsindən səmimi şəkildə üzr istəyirəm”.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr