AZ

Paşinyan Köçəryanı və Sarkisyanı HƏDƏF ALDI - 2026-cı il seçkiləri HƏLLEDİCİ OLACAQ

“2026-cı il seçkiləri xarici təsir agentlərindən qurtulmaq üçün fürsətdir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, 2026-cı ildə keçiriləcək parlament seçkilərini “xarici təsir agentlərindən azad olmaq üçün yaxşı imkan” adlandırıb.

“Vətəndaşlar bizi Robert Köçəryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verməkdə günahlandırır. Tezliklə parlament seçkiləri olacaq və bu qüvvələrin parlamentə düşməmək ehtimalı böyükdür. Bu məsələni həll etməyin vaxtı gəlib çatıb”, – Paşinyan bildirib.

O, həmçinin əlavə edib ki, 2018-ci ildən bəri Ermənistan “eyni ölkənin cibindədir” və siyahıya daxil edilən şəxslər həmin ölkənin “təsir agentləridir”.

Musavat.com

Seçilən
177
1
musavat.com

2Mənbələr