AZ

Paşinyan: Xarici borcumuz silah alışı hesabına artıb

Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Bizi qınayırlar ki, niyə borc 8 milyard dollara qədər artıb, biz bu vəsaitlərlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm - biz silah aldıq. Kredit vəsaitləri hesabına? Bəli, kredit vəsaitləri hesabına, çünki dərhal və çox silah lazım idi", - o qeyd edib.

N.Paşinyan qeyd edib ki, əgər kimsə onun dediklərinə inanmırsa, o, əldə edilmiş silahları nümayiş etdirməyi təklif edir.

Daha əvvəl Ermənistanın maliyyə naziri Vahe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini təqdim edərkən qeyd edib ki, ölkənin dövlət borcu 2018-ci ildən bəri 80 % artıb.

Seçilən
2
1
ikisahil.az

2Mənbələr