Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Tezliklə danışıqların sənədləri ortaya çıxacaq və görəcəksiniz ki, Qarabağın müstəqilliyi saxta idi", - o qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31