AZ

Elman Nəsirovun oğlu dünya çempionatında dördüncü oldu FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Millət vəkili Elman Nəsirovun oğlu, gənc idmançı Həsən Nəsirzadə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Jiu Jitsu idman növü üzrə Dünya Çempionatında (World Jiu Jitsu Championship-2025) 50 kq çəki dərəcəsində dünya dördüncüsü olub.

"Cebheinfo.az" xəbər verir ki, həmyerlimiz yarış boyunca Qazaxıstan idmançısını və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən daha iki rəqibini məğlub edərək bu yüksək nəticəni qazanıb.

Qeyd edək ki, Həsən Nəsirzadə çempionatda BƏƏ idmançılarından biri üzərində rekord qısa vaxt ərzində - 7 saniyəyə qələbə qazanaraq qalib gəlib.

Gənc idmançımızı bu nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

Əfsanə Rəcəb

Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
cebheinfo.az

1Mənbələr