AZ

Xırdalanda “Prius”la “sağ sol” edən sürücü qəzadan son anda qurtuldu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakı və Abşeronda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videoya düşdü.

Avtosfer.az-ın məlumatına görə, 77-HV-325 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib.

Moskva prospektində qeydə alınan görüntüdə o, zolaqların arasından keçərək hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Hətta tunelə girən sürücü təhlükəsizlik kəmərini çıxararaq “performansına” davam edib.

Xırdalanda çəkilmiş digər videoda isə o, “sağ-sol” edərək “şou” göstərib və bu zaman qəza törətməkdən son anda xilas olub.

Eyni zamanda sürücü avtomobilin arxa dövlət nömrə nişanına qanunla qadağan edilmiş göy işıq cihazı quraşdırıb.

Qeyd edək ki, belə davranışlar yalnız qayda pozuntusu deyil, həm də digər sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməmək və yol hərəkət qaydalarını pozmaq ağır inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
141
avtosfer.az

1Mənbələr