AZ

Dörd Avropa ölkəsi Aİ-yə qarşı məhkəmə iddiası hazırlayır

Vışeqrad Qrupu ölkələri (Macarıstan, Slovakiya, Çexiya və Polşa) Avropa Birliyinin Miqrasiya Paktının həmrəylik mexanizmi çərçivəsində miqrantları qəbul etmək öhdəliklərinə məhkəmədə etiraz etməyi planlaşdırırlar.

Qaziler.az xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

"Miqrasiya Paktının tətbiqi ciddi çətinliklərlə üzləşəcək, çünki əksər Aİ üzv dövlətləri miqrantların öz evlərində üzləşə biləcəkləri mənfi reaksiya səbəbindən onların yenidən bölüşdürülməsindən çəkinməyi üstün tutacaqlar", - diplomatlardan biri bildirib.

Qeyd olunur ki, Çexiya və Polşa çətin miqrasiya vəziyyətlərinə görə yeni öhdəliklərdən azadolma tələb edə bilərlər. Diplomat qeyd edib ki, Avropa Birliyi üzv dövlətlərinin əksəriyyəti miqrantları qəbul etməkdən imtina edərsə, Avropa Komissiyası (AK) onları cərimə edə bilməyəcək.

QAZİLER.AZ

Seçilən
12
1
qaziler.az

2Mənbələr