AZ

“NAXÇIVANA UÇAN TƏYYARƏLƏRİN “BİZNES KLASS”I OLMUR...” İşindən uzaqlaşdırılan Fuad Nəcəfli

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vəzifəsindən azad olunub.

Prezidentin sabiq nümayəndəsi “Teleqraf”a açıqlamasında işdən çıxarılmasından danışıb.

“Nəinki Naxçıvan, mən bütöv Azərbaycanımızın vurğunuyam. Bir canım var, o da bu vətənə qurban olsun. Allah cənab Prezidentimizin canını sağ etsin, onu qorusun.

Sizin peşə yolunuz şərəfli yoldur. Araşdırma etmək mümkündür və bu, sizin hüququnuzdur. Mənim nəyləsə bağlı açıqlama verməyim subyektiv olar. Siz isə obyektiv olmalısınız. Bütün peşəkar insanlara salam deyirəm”.

O, Naxçıvandan Bakıya qayıdan zaman təyyarədə çəkilərək sosial şəbəkələrdə yayılan fotosundan da danışıb: “Naxçıvana uçan təyyarələrin “biznes klass”ı olmur. Bir salon olur və fotoda mən gözləmə zalında deyil, təyyarədəyəm”.

Qeyd edək ki, Fuad Nəcəfli sözügedən vəzifəyə 2022-ci ilin dekabrında təyin olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
19
azpolitika.info

10Mənbələr