AZ

Prezidentin verdiyi mesajlardan nəticə çıxarmayanları qanunun sərtliyi gözləyir



“Prezident İlham Əliyevin yeni təyin olunmuş icra başçılarını qəbul edərkən verdiyi tapşırıqlar, tövsiyələr təkcə həmin məmurlar üçün yox, bütövlükdə cəmiyyətə ötürülmüş mesajlar kimi qəbul olunmalıdır”.

Bu fikirləri mətbuata Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili qeyd edib ki, dövlət başçısı televiziya kameraları qarşısında, növbəti dəfə ciddi xəbərdarlıqlarını etdi:

“Heç kimə sirr deyil ki, rayonlara yeni təyin olunan icra başçıları fəaliyyətə başladığı andan bəzi işbazlar, vəzifə xəstələri tərəfindən əhatə olunur. Belələri hər yerdə var və min cür oyunlardan çıxırlar ki, özləri, ətrafları üçün münbit şərait yaradılsın. Kriminolgiyada hər bir cinayət törətmiş şəxslərin, xüsusilə təkrar qanunsuz əməlləri ilə seçilənlərin psixoloji portretləri tərtib olunur. Qanında dələduzluq elementləri olanlar, “inandırmaq”, “etibar qazanmaq” , “iş aşırmaq” , “istiqanlılıq” kimi “istedadları” ilə seçilirlər. Bəzi təcrübəsiz və yaxud qeyri-sağlam düşüncələrlə işini quran, ancaq şəxsi maraqlarını güdən başçılar belələrinin təsirinə tez düşür”.

Millət vəkili hesab edir ki, yeni təyin olunmuş rəhbərlər, cənab Prezidentin etimadını doğrultmaq istəyirlərsə, kadr seçiminə son dərəcə ciddi yanaşmalı, təmsil olunduqları komandanın nüfuzuna xələl gətirən bütün məsələlərdə prinsipiallıq nümayiş etdirməlidirlər:

“Bundan ötrü tam sağlam şərait var. Prezident yaxın keçmişdə mövcud olmuş, mərkəzi orqanlar tərəfindən verilmiş qanunsuz tapşırıqları xatırlatdı. İctimaiyyət bilməlidir ki, ortada böyük siyasi iradə var, manipulyasiya və yaxud spekulyasiyaya yer yoxdur”.

Nəsib Məhəməliyev, “Bir məsələni vurğulamaq yerinə düşər ki, artıq doqquz icra başçısı, digər müxtəlif ranqlı vəzifələr tutmuş şəxslər barədə, məhkəmə qərarları var. Birmənalı demək olar ki, onlar tamahlarının qurbanı olublar. Ən ali səviyyədə dəfələrlə edilmiş xəbərdarlıqları iqnor etmək, xəstəlikdir. Düşünürəm ki, cənab Prezidentin dünənki, xəbərdarlıqlarından, verdiyi mesajlardan sağlam düşüncəli məmurlar düzgün nəticə çıxaracaq. Nəticə çıxarmayanları qanunun sərtliyi gözləyir, qozbelləri isə, adətən qəbir düzəldir. Cəmiyyət saflaşmalıdır, mənəvi cəhətdən sağlamlaşdırılmalıdır”,-deyə bildirib.



Seçilən
1
3
aia.az

4Mənbələr