AZ

Sərkisyanın müsahibə verdiyi şəxslər saxlanıldı- Ağır ittihamlar  

Ermənistanda “İmnemnimi” podkastının müəllifləri saxlanıldı — Simonyan: “Onlar intim həyata qarışır, təhqir edir və hədələyirdilər”

Ermənistanda tanınmış “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyan bu gün səhər saatlarında saxlanılaraq İstintaq Komitəsinə aparılıb.

Musavat.com xəbər verir ki, onların vəkili Ruben Melikyan bildirib ki, şəxslərə qarşı növbəti dəfə “xuliqanlıq” maddəsi ilə cinayət işi açılır və istintaq orqanları məsələni təcili prosedurla icra edir.

Ermənistan İstintaq Komitəsi “Sputnik Armenia”ya açıqlamasında iki müxalif fəalın evlərində “təcili axtarış və digər istintaq hərəkətlərinin aparıldığını” təsdiqləyib. Rəsmi qurum cinayət işinin detallarını açıqlamasa da, hadisənin siyasi xarakter daşıdığı barədə cəmiyyətdə ciddi müzakirələr gedir.

Hadisə ilə bağlı açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, o, Samsonyan və Saqatelyana qarşı şəxsən müraciət edib. Simonyanın sözlərinə görə, saxlanılan şəxslər “başqalarının intim həyatına müdaxilə edir, təhqiredici ifadələr səsləndirir və hədələr edirmişlər”. O iddia edib ki, bu davranışlar cəmiyyətdə zorakılığın və nifrət ritorikasının artmasına səbəb olur.

Spiker əlavə edib ki, Ermənistanda yeni ictimai nizam formalaşdırılmalıdır və “kimliyindən asılı olmayaraq, xuliqanlıq edən, hədə-qorxu yayan və zorakılığı təbliğ edən hər kəs qanun qarşısında cavab verməlidir”.

Samsonyan və Saqatelyanın saxlanılması Ermənistan müxalifət dairələrinin kəskin etirazına səbəb olub. Onlar bunu hakimiyyətin söz azadlığını məhdudlaşdırması və siyasi tənqidçiləri cəzalandırmaq cəhdi kimi qiymətləndirirlər.

Onu da qeyd edək ki, bu iki şəxs Ermənistanın keçmiş prezidenti Sərkisyandan səs-küylü müsahibə almışdı. Sərkisyan həmin müsahibədə Paşinyan hakimiyyətinin əleyhinə danışıb, sirləri açacağını bildirmişdi.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr