AZ

Prezident İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsininnümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü DeyvidBednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Əraziİdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondununprezidenti və idarə heyətinin sədri Mayls Hansen və YetmişlərKomitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü PolPikard daxildir.

Trend xəbərverir ki, söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-nin İsaMəsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətininəvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi iləAzərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasıistiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilətəbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısıVaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuşrazılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onlarınregionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. DonaldTrampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞəlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlhamƏliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəflimünasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərinimzalandığını xatırladı.

Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarınınİsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyataalmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək,bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilərvə bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilənqayğının təcəssümü kimi qiymətləndirdilər.

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoquntəşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdənsöhbət açıldı, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalqtədbirin təşkil edildiyi vurğulandı.

Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi, tarixənölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailəkimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
49
49
az.trend.az

8Mənbələr