AZ

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Orta Dəhlizininkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuranməsələləri müzakirə edib.

Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" hesabında paylaşım edib.

"Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və CənubiQafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşdük. Görüşzamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyətistiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflıməlumat verdik. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlıqarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Həmçininictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavoduüzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdəözəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsiapardıq", - paylaşımda qeyd edilib.

Seçilən
58
4
az.trend.az

1Mənbələr