AZ

Rusiya iki briqada ilə Narvanı ələ keçirə bilər Vaqner

ain.az bildirir, Axar.az portalına istinadən.

Rusiya ilə NATO arasında mümkün münaqişədə məqsəd La-Manşa doğru irəliləmək deyil, əksinə alyansı daxildən dağıtmaq olacaq. Buna təkan verə biləcək hadisə isə, sözün əsl mənasında, cəmi iki briqadanın gücü ilə həyata keçirilən məhdud hərbi əməliyyat ola bilər.

Axar.az xəbər verir ki, bunu DV-yə verdiyi müsahibədə alman ordusunun polkovniki Armin Vaqner deyib.

O qeyd edir ki, 1970–80-ci illərdə NATO yaradıcıları Sovet İttifaqı ilə tammiqyaslı müharibə ssenarilərini daha çox ehtimal edirdilər:

“Həmin müharibədə sovet tank orduları Qərb Almaniyasından La-Manşa qədər irəliləyəcək. Lakin indi getdikcə aşkarlaşır ki, Rusiyanın NATO-ya qarşı aqressiyası hərbi baxımdan daha məhdud, informasiyalaşdırma sahəsində isə daha intensiv olacaq”.

Vaqnerin sözlərinə görə, NATO-nun bu gün nəzərdən keçirdiyi ən ehtimal olunan ssenari Rusiyadan gələn ”iynə sancmaları”dır:

“Bu sancmaların hədəfiBaltik ölkələri olacaq. Bu mənada həssas nöqtə kimi Estoniyanın sərhədində yerləşən və əhalisinin böyük hissəsi etnik rus mənşəli olan Narva şəhərinin adı çəkilir”.

O, alman siyasi elm adamı Karlo Masalanın dərc edilmiş kitabına istinad edib:

“Orada realistik ssenari təsvir olunur — Rusiyanın iki ordu briqadası (6–10 min hərbçi) ilə sərhəd yaxınlığındakı Narvanı ildırım sürəti ilə ələ keçirir, bu isə Ukraynadakı Rusiyanın səylərinə xələl gətirmədən həyata keçirilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
axar.az

1Mənbələr