AZ

Bir sözün dəyişməsi ABŞ büdcəsinə 2 milyard dollar zərər vuracaq

Prezident Donald Tramp və onun administrasiyasının Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirmək qərarı ABŞ hökumətinə təxminən 2 milyard dollara başa gələ bilər.

Musavat.com xəbər verir ki, məlumatı NBC News mənbələrə istinadən yayıb. ABŞ Konqresinin təsdiqini tələb edən bu addım ABŞ Müdafiə Nazirliyinin adını daşıyan minlərlə lövhənin, işarənin, blankın və digər əşyaların dəyişdirilməsini tələb edəcək. Qeyd olunur ki, təkcə blankların və lövhələrin dəyişdirilməsi təxminən 1 milyard dollara başa gələ bilər.

Pentaqon ad dəyişikliyi üzərində işlərin artıq başladığını bildirib və əlavə edib ki, son xərc hələ hesablanmayıb. NBC News müdafiə nazirinin ictimai işlər üzrə köməkçisi Şon Parnellin sözlərini yayıb: "Müdafiə Nazirliyi Prezident Trampın göstərişinə uyğun olaraq ad dəyişikliyini sürətlə davam etdirir və onu daimi edir. Son xərc hələ müəyyən edilməyib.  Qürurlu irsimizin təsdiqi olaraq, bu ad dəyişikliyi əhəmiyyətlidir, çünki o, nazirliyin əsas missiyasını əks etdirir: müharibələrdə qalib gəlmək. Bu, həmişə bizim missiyamız olub və biz sülhü gözləsək də, müharibəyə hazırlaşacağıq."

Qeyd edək ki, sentyabrın əvvəlində Tramp Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirən sərəncam imzalayıb.

ABŞ Hərbi Nazirliyi 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub və sonra Milli Hərbi Agentliyə çevrilib. 1949-cu ildə o, ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

 

Musavat.com

Seçilən
101
musavat.com

1Mənbələr