AZ

Azərbaycan xalqının iradəsinin təcəssümü

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrdə milli dövlətçiliyimizin təməl daşına çevrilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir.” Bu sözlər Konstitusiyanın dövlət həyatımızdakı rolunu aydın göstərir. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanan layihə dünya təcrübəsini və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini özündə birləşdirmişdir. Konstitusiya təkcə dövlətin idarəetmə formasını müəyyənləşdirmir, eyni zamanda vətəndaşların azadlıq, mülkiyyət, təhsil, səhiyyə və sosial təminat kimi fundamental hüquqlarını təmin edir. Bu sənədin qəbulundan sonra ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanan müstəqil siyasət yürütməyə başlamış, sabit inkişafın möhkəm təməli qoyulmuşdur.

Aytac Abbasova

Filologiya üzrə fəlsəfə doktoru

YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri

Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
sesqazeti.az

1Mənbələr