2025-ci il noyabr ayının 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.884.656 olub.
Bu barədə Herbiand.az a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, təkcə oktyabr ayı ərzində 16,1 min artım müşahidə olunub. Ümumi əmək müqavilələrinin 54,2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.