AZ

Aysel Nazim Türkiyədə mükafatlandırıldı

Türkiyədə fəaliyyətini davam etdirən aktrisa-aparıcı Aysel Nazim qardaş ölkədə mükafatlandırılıb.

Minval.info xəbər verir ki, aktrisa Sehirli Media Mükafatına layiq görülüb.

İstanbulun Çamlıca bölgəsindəki MBA məktəblərində baş tutan gecəni Çiğdem Günal və Tayyar Işıksaçan təqdim edib. Gecədə biznes, idman, media və incəsənət dünyasının məşhur adları mükafat qazanıb.

Qeyd edək ki, Aysel Nazim hazırda “Show TV”də “Ekonomi dünyası” adlı veriliş təqdim edir.

 

 

 

Seçilən
199
minval.info

1Mənbələr