AZ

Qurban Qurbanov: “Mən bu barədə ümumiyyətlə danışmıram, məsələyə ehtiyatla yanaşıram"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner futbolçuların milliləşdirilərək, milli komandaya cəlb olunması ilə bağlı məsələyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, məsələyə ehtiyatla yanaşdığını vurğulayıb:

“Mən bu barədə, ümumiyyətlə, danışmıram. Çünki hər klubun və ona cavabdeh şəxslərin öz strategiyası var.

Hansısa bir məsləhət olsa, biz həmişə fikirlərimizi bildirmişik, amma heç kimin qərarına və fikrinə hörmətsizlik etmək istəmirik. Həmişə hörmətlə yanaşmışıq”.

Seçilən
218
13
sportinfo.az

10Mənbələr