AZ

Təyyarənin qalıqları tapıldı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqları tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam etdirilir.

Nazir təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.

 C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub. 

Seçilən
7
7
cebheinfo.az

10Mənbələr