AZ

Türkiyə təyyarəsi niyə Gürcüstanda qəzaya uğradı? Ekspert üç aspekti açıqladı

Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin Gəncədən havalandıqdan sonra Gürcüstan ərazisində qəzaya uğraması müxtəlif aspektlərdən təhlil edilir. Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli də bu mövzu ilə bağlı öz fikirlərini bildirib.

Turkustan.az xəbər verir ki, ekspert əsas diqqəti üç istiqamətə çəkib.

Məsələ ilə bağlı sosial media hesabında paylaşım edərək bildirib:

“Birinci hal: Bakıda keçirilən möhtəşəm paraddan sonra Türkiyə hərbi təyyarəsi naməlum şəkildə (hələlik) Gürcüstanın ərazisində qəzaya uğradı.

İkinci hal: Pakistanın paytaxtı İslamabadda partlayışlar baş verdi. İntihar terrorunda 10-larla ölən var.

Üçüncü hal: Ermənistan tərəfi sərhədi odlayıb, alovlar Gədəbəyin Mor-mor kəndində çatıb.

Bizə net cavab idi.

Lakin səbəbi biz deyilik, üçlü ittifaqdan qabaq hər birimizi illər boyu ayrı-ayrılıqda əzdilər”./Globalinfo.az/

Seçilən
30
turkustan.az

1Mənbələr