“Akıncı” PUA-sı hadisə yerinə göndərildi
Türkiyə bu gün qəzaya uğrayan C-130 karqo təyyarəsinin axtarış-xilasetmə işləri üçün hadisə yerinə “Akıncı” PUA-sını göndərib.BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA yaxın saatlarda axtarış əməliyyatlarında istifadə olunacaq.