“Red Bull” pilotu Maks Ferstappen Braziliya Qran-prisində (2025) Formula-1 tarixində yeni rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
9 noyabrda keçirilən yarışda Ferstappen pit-leyndən start alıb və finişdə üçüncü olub. Bununla da 28 yaşlı niderlandlı pilot növbəti dəfə seriyanın tarixinə düşüb.
İndi Ferstappen start mövqelərinin ən çox fərqli sayından podiuma yüksələn pilot kimi rekorda sahibdir. O, 1-10, 14-18 və 20-ci mövqelərdən, həmçinin pit-leyndən başladığı yarışlarda ilk üçlüyə daxil olmağı bacarıb.