AZ

Ərdoğandan təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağına ümid etdiyini bildirib:

"Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır"./Report


Telegram kanalımız
Seçilən
21
4
yenisabah.az

10Mənbələr