AZ

“Old Trafford”da gecələyərək evsizlərə yardım kampaniyasına qoşulublar - VİDEO

2021-ci ildən etibarən “Mançester Yunayted”in rəhbərliyi “Old Trafford”un qapılarını burada gəcələmək istəyən şəxslərin üzünə açıb.

İdman.Biz xəbər verir ki, gecəni stadionda keçirmək istəyən şəxslər 285 funt sterlinq ödəyərək, stadionda qala bilərlər.

Lakin bilet pulunun böyük hissəsi klubun büdcəsinə deyil, evsizlərə yardım məqsədilə ianə kimi ayrılır.

Bu il aksiyaya komandanın keçmiş futbolçuları - Ues Braun, Fil Cons və Maykl Kerrik də qoşulublar.

Onlar çətin vəziyyətə düşən insanlara şəxsi dəstək göstəriblər.

İdman.Biz

Məqalədə:
Seçilən
18
1
idman.biz

2Mənbələr