AZ

Kreml Azərbaycanın qələbəsini həzm edə bilmir POLİTOLOQ

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müxtəlif dövlətlərin liderləri İkinci Qarabağ müharibəsinin bitməsinin 5-ci öldünümü ilə əlaqədar Prezident İlham Əliyevə təbriklər ünvanladılar. Rusiya Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmaların öz aktuallığını qoruyub saxladığını iddia edib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Kreml Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə bizi təbrik etmək istəmir. 

Ekspert vurğulayıb ki, 5 il əvvəlki razılaşmanın xatırladılmasının yeri yoxdur: 

"Rusiya özü həmin razılaşmaya doğru-dürüst riayət etmədi. Razılaşmaya zidd olaraq Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadı, rusiyalı hərbçilərin bilavasitə iştirakıyla separatçılara silah və sursat daşındı. Bu vəziyyətdə Azərbaycan müharibədən 3 il sonra anti-terror əməliyyatı keçirməyə məcbur qaldı. Kremlin iddiasının əksinə olaraq 10 noyabr 2020-ci il razılaşması aktuallığını itirib. Razılaşmanı imzalayan üç ölkədən ikisinin lideri üçün də bu razılaşma aktual deyil. Aktual olan 8 avqust Vaşinqton razılaşmasıdır. Ağ Evdə sülh paraflanıb, “Tramp yolu” razılaşdırılıb. Bakı və İrəvan bu razılaşmaların yerinə yetirilməsi üzərində işləyirlər. Rusiya Cənub Qafqaz ölkələrinin daxili işlərinə qarışmasın, bölgə ölkələri arasında əməkdaşlığa mane olmasın, bunun özünü sülhə töhvə kimi qiymətləndiriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
sherg.az

1Mənbələr