"Qarabağ"ın iki futbolçusu - Marko Yankoviç və Mateuş Koxalski yığmalarına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, Yankoviç Çernoqoriya, Koxalski isə Polşa milli komandasına çağrılıb.

Qeyd edək ki, "Qarabağ"ın 7 oyunçusu da Azərbaycan yığmasında çıxış edəcək: Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə.