AZ

Şirvanda sərxoş halda mikroavtobus idarə edən sürücü həbs edildi


Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb

Araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib.

Belə ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.

ZÜMRÜD

Seçilən
10
18
baki-xeber.com

10Mənbələr