Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında partlayış baş verib. SİA xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi polis rəsmisinə istinadla yayıb. Hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilir.
Polis sözçüsü bildirib ki, yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır: “Biz partlayışın növünü araşdırırıq. Hələlik hadisənin mənbəyi dəqiqləşdirilməyib. Ətraflı məlumatı yalnız kriminal laboratoriyanın hesabatından sonra təqdim edə biləcəyik”, - açıqlamada qeyd olunub.
Hadisə İslamabadın rayon məhkəməsinin giriş hissəsində, çoxsaylı vətəndaşların toplandığı ərazidə baş verib. Polis və təcili yardım xidməti əməkdaşları hadisə yerinə cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə tam mühasirəyə alınıb. Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Rəsmilər ilkin mərhələdə terror ehtimalını da istisna etmirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.