AZ

Filippində qasırğadan ölənlərin sayı 250 yə yüksəlib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Pekin, 11 noyabr, AZƏRTAC

Filippində son günlər baş verən 2 güclü qasırğa nəticəsində ölənlərin sayı 250-yə yüksəlib.

AZƏRTAC Filippinin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının məlumatına istinadla xəbər verir ki, noyabrın 9-da Luzon adasına çatan “Funq-vonq” super tayfunun törətdiyi fəsadlar, o cümlədən torpaq sürüşmələri və palçıq axını nəticəsində ölənlərin sayı 18-ə qalxıb, 30-a yaxın sakin xəsarət alıb, itkin düşənlər var. İlin 21-ci tayfunu olan “Funq-vonq”un küləyinin sürəti saatda 230 kilometrə çatıb.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə işləri aparılır. Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası qasırğanın təxminən 30 milyon sakinin yaşadığı ərazilərə, başqa sözlə ölkə ərazisinin üçdə ikisinə təsir edə biləcəyini proqnozlaşdırıb.

Şimal-qərb istiqamətində hərəkət edən tayfunun Çinin cənub sahillərində fəsadlar törədəcəyi ehtimalı ilə əlaqədar Quandon əyalətində də 4-cü səviyyədə kelək xəbərdarlığı elan edilib.

Noyabrın 4-də Filippinin Sebu əyalətinə çatan “Kalmaegi” qasırğası isə 231 nəfərin ölümünə səbəb olub, 112 nəfərin itkin düşüb. Qasırğa sel və daşqına, torpaq sürüşmələrinə səbəb olub.

Hər iki tayfun evləri, əkin sahələrini, infrastruktur obyektlərini, yolları və körpüləri dağıdıb. Kommunikasiya xətlərinə, elektrik təchizatı sisteminə ziyan dəyib. Milyondan çox sakin təxliyə olunub. Güclü daşqınlar və torpaq sürüşmələri ucqar ərazilərə gedən yolları keçilməz edib.

Sentyabrın 30-da Sebuda baş verən 6,9 bal gücündə güclü zəlzələdən sonrakı dağıntılar da əlavə problemlər yaradıb. Zəlzələ nəticəsində çoxlu insan həlak olmuş, minlərlə insan evsiz qalmışdı.

Təbii fəlakətlərlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bəzi limanlar və məktəblər bağlanıb. Filippin Prezidenti Ferdinand Romualdez Markos ölkədə fövqəladə vəziyyət elan edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
2
azertag.az

3Mənbələr