AZ

Emmauel Addai: “Bu mənim də çox xoşuma gəldi”

“Bu qələbə bizim üçün çox önəmli idi. Çünki turnir cədvəlində lider kimi artıq daha rahatıq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Emmauel Addai deyib.

Hücumçu Misli Premyer Liqasının XI turunda “Neftçi”yə iki cavabsız qolla qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
“Qələbə çox gözəl hissdir. Tribunalarda da çox yaxşı atmosfer var idi. Azarkeşlər həqiqətən möhtəşəm idi. Demək olar ki, boş yer yox idi. Bu mənim də çox xoşuma gəldi. Qalib gəldiyimiz üçün isə daha çox sevinirəm”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Premyer Liqada növbəti tur noyabrın 21-də start götürəcək.

İdman.Biz

Seçilən
7
1
idman.biz

2Mənbələr