AZ

2014-cü ildə yaradılan "Zirə" - 1:0-dan 0:0-a kimi...

“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.

Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib.

Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.

“Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.

Seçilən
32
sportinfo.az

1Mənbələr