Suriyada Prezident Əhməd əl Şaraanın öldürülməsini hədəfləyən iki sui-qəsd cəhdinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qəsdi "İslam Dövləti" (İŞİD) həyata keçirmək istəyib.
Qeyd edilir ki, sui-qəsdlərin üstü son bir neçə ay ərzində - ABŞ Pezidenti Donald Trampla görüş ərəfəsində açılıb. Sui-qəsdlərdən birinin Əhməd əl Şaraanın iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimində" həyata keçirilməsi planlaşdırılırdı.
Digər detallar dəqiqləşdirilmir.