AZ

Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırıldı -VİDEO

Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

 

“Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.

 

Hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir. 

 

Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar”, - məlumatda deyilir.

 

Qeyd edək ki, dünən təmirlə əlaqədar sözügedən yolda tıxac yaranmış, nəqliyyatın hərəkəti iflic olmuşdu.


Seçilən
12
15
senzor.az

10Mənbələr