AZ

Azərbaycanın cüdo yığması İslamiadanın çempionu olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.

Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.

Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib./apa

Seçilən
4
11
interpress.az

10Mənbələr