AZ

Şeşko Sloveniya millisinin heyətindən çıxarıldı

“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko Sloveniya millisinin DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Kosovo (15 noyabr) və İsveç (18 noyabr) oyunlarında iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu Premyer Liqanın 11-ci turunda “Tottenhem”lə matçda zədələnib. O, ikinci hissədə oyuna daxil olub, lakin qarşılaşmanın sonlarında dizindən aldığı zədə səbəbilə meydanı axsayaraq tərk edib. “Yunayted” həmin görüşü on nəfərlə başa vurub.

Sloveniya Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, Şeşko əlavə tibbi müayinələr üçün Mançesterdə qalıb. İngiltərə klubu isə hələlik zədənin detallarını açıqlamayıb.

Məlumata görə, 24 noyabrda “Everton”la matçda futbolçunun meydana qayıtma ehtimalı var.

Seçilən
92
90deqiqe.az

1Mənbələr