AZ

Tramp onlara “gömrük dividendi” vəd etdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkə vətəndaşlarına — yüksək gəlirlilər istisna olmaqla — 2000 dollar məbləğində ödəniş veriləcək. Bu pul Tramp administrasiyasının dünya ölkələrinə tətbiq etdiyi artırılmış gömrük rüsumlarından əldə olunan gəlirlər hesabına ödəniləcək.

Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“Gömrük rüsumlarına qarşı olanlar axmaqlardır! Hazırda biz dünyanın ən zəngin və ən hörmətli ölkəsiyik. ABŞ-a rekord səviyyədə investisiyalar yatırılır, hər yerdə yeni zavodlar və fabriklər tikilir. Hər bir amerikalıya ən azı 2000 dollar dividend veriləcək!”

Prezidentin sözlərinə görə, rüsumlar sayəsində ABŞ büdcəsi “trilyonlarla dollar” gəlir əldə edir və bu, 37 trilyon dollarlıq dövlət borcunun ödənilməsinə də imkan yaradacaq.

Trampın açıqlamasından sonra ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, 2000 dollarlıq ödəniş müxtəlif mexanizmlərlə həyata keçirilə bilər. O, bu vəsaitin vergi güzəştləri, bəzi vergilərin ləğvi və ya kredit güzəştləri formasında təqdim olunmasının müzakirə olunduğunu deyib.

Bessent ehtimal olunan tədbirləri sadalayıb:

“Çay bəxşişinə qoyulan verginin ləğv olunması, artıq iş saatlarına görə verginin götürülməsi, sosial təminat vergisinin ləğvi, avtomobil kreditlərinə çıxılma imkanı”.

"Cebheinfo.az" 

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr