AZ

Son 10 ilin ən sərt qışı gəlir Türk alimdən xəbərdarlıq

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aramsız qar Türkiyəni cənginə alacaq. Hava kəskin soyuyacaq, temperatur ən azı 15 dərəcə aşağı düşəcək.

Metbuat.az xəbər verir ki, bu proqnozla Ayfon Kocatepe Universitetinin müəllimi Ozan Bozyurt çıxış edib. Alim deyib ki, soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması gələn ayın 20-nə təsadüf edir. Onun sözlərinə görə, 20 dekabr - 20 yanvar tarixləri Türkiyədə havanın ən sərt keçdiyi dövr olacaq.

Ozan Bozyurt Türkiyənin 35 vilayətində hava şəraitinin daha kəskin keçəcəyini vurğulayıb. Qeyd edib ki, 30-40 sm qalınlığında qar yağacaq, yollar buz bağlayacaq.

Mütəxəssisin sözlərinə görə, dəhşətli soyuqlar özünü ən çox İstanbul, Ədirnə, Yozqat, Sivas və Ankarada göstərəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
metbuat.az

10Mənbələr