AZ

Sabiq və indiki rəislər paradı birlikdə izlədi - FOTO

Məlum olduğu kimi, Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə Bakıda hərbi parad keçirilib.

Avtosfer.az xəbər verir ki, paradı izləyənlər arasında Prezidentin Təhlükəsizlik Xidmətinin indiki və sabiq rəisləri də olub.

Belə ki, hazırkı rəis, general-mayor Fərid Əsgərov və sabiq rəis, general-polkovnik Bəylər Eyyubov paradı birgə izləyib. 

Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.

 

 

Seçilən
9
3
avtosfer.az

3Mənbələr