AZ

Türkiyədə 1 024 futbolçu ŞOK QƏRAR - Həbslər başladı

Türkiyədə 1 024 futbolçu TFF-nin Disiplin Şurası qarşısına çıxacaq.

Türkiyə Futbol Federasiyasının (TFF) qərarı ilə ölkə çempionatının ikinci və üçüncü liqalarındakı oyunlar iki həftə təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu qərar 1 024 futbolçunun, o cümlədən “Qalatasaray” və “Beşiktaş”ın ulduz oyunçularının TFF-nin Disiplin Şurası qarşısına çıxması ilə bağlıdır.

Bundan əvvəl TFF 149 peşəkar hakimi, o cümlədən xaricdəki mərc hesabları aşkarlanmış hakimi, səkkiz aydan bir ilədək oyunlardan kənarlaşdırmışdı. İstanbul Prokurorluğu hakimin mərc işi ilə bağlı 18 şübhəlini və idman şöbəsinin rəhbəri Umut Erkeni barəsində həbs qərarı verib.

Musavat.com

Seçilən
28
1
musavat.com

2Mənbələr