AZ

Çingiz Hüseynzadə: “Azərbaycan idmançılarının İslamiadada üstünlük qazanacağına ümid edirəm” - VİDEO

“Bizim medal qazanmaq şansımız hələ çoxdur. Azərbaycan turnirin ilk günlərində yaxşı nəticələr əldə edərək VI İslam Həmrəyliyi Oyunlarına güclü bir başlanğıc etdi”.

İdman.Biz-in Ər-Riyaddan verdiyi məlumata görə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunu jurnalistlərə verdiyi müsahibədə bildirib.

Hüseynzadə finalda Özbəkistan komandasını 4-0 hesabı ilə məğlub edən qarışıq cüdo komandasının inamlı qələbəsini xüsusilə vurğulayıb:

”Bu gün möhtəşəm bir qələbənin şahidi olduq. Azərbaycanda cüdonun inkişafı beynəlxalq yarışlarda yüksək yer tutmağımıza kömək edir”.

O, həmçinin uğurların digər idman növlərində də davam edəcəyinə əminliyini ifadə edib: “Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar”.

İdman.Biz

Seçilən
32
1
idman.biz

2Mənbələr