AZ

Yeni Dehlidə partlayış nəticəsində 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb - VİDEO

Hindistanın paytaxtı Yeni Dehlidə avtomobilin partlaması nəticəsində 13 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Hindistanın NDTV televiziya kanalı Dehli polisini istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin ən məşhur turistik yerlərindən biri olan tarixi Qırmızı Qalanın yaxınlığında baş verib.

Hadisə yerində on beş yanğınsöndürmə briqadası işləyir, ərazi polis tərəfindən mühasirəyə alınıb və ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yeni
Seçilən
24
6
apa.az

8Mənbələr