AZ

Hərbi parad Azərbaycan-Türkiyə-Pakistan həmrəyliyin nümayişi idi – RƏY

Vətən müharibəsinin beşinci ildönümünə həsr olunan hərbi parad Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bərpasının rəmzi olmaqla yanaşı, həm də üç qardaş ölkə – Azərbaycan, Türkiyə, Pakistan arasında sarsılmaz mənəvi dəstəyin və həmrəyliyin nümayişi idi.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, paradda Türkiyə və Pakistanın iştirakı dərin tarixi, strateji köklərə söykənən qardaşlıq münasibətlərinin təzahürüdür.

“44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin mənəvi dəstəyi, Azərbaycan xalqı ilə göstərdiyi könül həmrəyliyi, “iki dövlət, bir millət” prinsipinin real mənasını sübutlarla dünyaya nümayiş etdirdi. Türkiyə və Azərbaycan arasında mövcud olan unikal tarixi qardaşlıq münasibətləri bütün istiqamətlərdə davam etməkdədir.

Pakistan illərlə prinsipial şəkildə Azərbaycanın ədalətli mövqeyini müdafiə edib, Ermənistanı tanımayan azsaylı ölkələrdən biri kimi səmimi həmrəyliyini qoruyub saxlayıb. Bu mənəvi dəstək Azərbaycanın xarici siyasətində qardaşlıq diplomatiyasının strateji önəmini daha da artırır”.

Siyasi şərhçi əlavə edib ki, paradda üç ölkənin hərbçilərinin birgə addımlaması ortaq dəyərlərin, tarix və gələcək baxımından da birləşməsi anlamına gəlir:

“Bu mənzərə ilə dünyaya açıq mesaj verilir: bölgədə sülh, sabitlik, ədalət dostluq və qardaşlıq üzərində qurula bilər. Türkiyə və Pakistanın paradda iştirakı Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi və mənəvi nizamın ayrılmaz tərkib hissəsi kimi həm də bu üç ölkə arasında strateji birliyin dərinliyini bir daha təsdiqləyir”.

Seçilən
42
nocomment.az

1Mənbələr