AZ

BƏƏ Qəzzada sülhməramlı qüvvələrə qoşulmayacaq Karkaş

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Karkaş bəyan edib ki, BƏƏ Qəzza üçün yaradılacaq Beynəlxalq Stabilləşdirmə Qüvvələrində iştirak edə bilməz.Turkustan.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Karkaş bildirib ki, ölkəsi Qəzza zolağında yerləşdiriləcək beynəlxalq sabitlik qüvvələrinə qatılmaya bilər.Karkaş BƏƏ Siyasət Mərkəzi qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən 12-ci Abu Dabi Strateji Forumunda iştirak edib."Qəzza razılaşması son deyil, başlanğıc olmalıdır. BƏƏ (Qəzzada) sabitlik üçün aydın çərçivə görmür və bu şərtlər altında bu (beynəlxalq sabitlik) qüvvəyə qoşulmaya bilər", - BƏƏ prezidentinin diplomatik müşaviri Karkaş bildirib.Karkaş, BƏƏ-nin Qəzzada sülhü dəstəkləyəcəyini vurğulayaraq, "Ancaq sülhə yönəlik siyasi səyləri güclü şəkildə dəstəkləyəcəyik və BƏƏ humanitar yardımların verilməsində ön sıralarda olacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr