BAKI, 10 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp BBC-ni məhkəmə ilə hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə media qurumunun özü məlumat yayıb .
BBC Trampdan məktubu aldığını və ona müəyyən edilmiş qaydada cavab veriləcəyini təsdiqləyib.
Bundan əvvəl BBC-nin baş direktoru və xəbər rəhbəri Trampın çıxışının redaktəsi ilə əlaqədar istefa veriblər.
Trampın BBC-yə göndərdiyi məktubun mahiyyəti barədə məlumat verilmir.