Balakən, 10 noyabr, AZƏRTAC
Balakənin Mahamalar kənd sakini nəzarətsiz qalan çoban itinin hücumu nəticəsində xəsarət alaraq ölüb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə Mahamalar kənd sakini 83 yaşlı Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən çoban iti ona hücum edib. Çoban itinə heç bir təzyiq göstərə bilməyən Məhəmməd Atayev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Yaxınlarının bildirdiyinə görə, çoban iti əvvəllər də mərhuma hücum çəkərək ona müxtəlif xəsarətlər yetiribmiş.
Hadisənin təfərrüatları araşdırılır.