AZ

Səbəb Tramp haqqında sənədli film ətrafındakı qalmaqaldır...

BBC-nin baş direktoru Tim Deyvi və News-un baş icraçı direktoru Deborah Turness istefa veriblər.

SİA-nın məlumatına görə, korporasiyanın özü istefaları elan edib.

İstefalar ötən il yayımlanan "Tramp: İkinci Şans?" sənədli filmi ilə bağlı BBC-yə ünvanlanan bir çox tənqiddən sonra baş verib.

"The Telegraph" qəzeti sızdırılmış sənədləri dərc edib ki, film Trampın çıxışının iki hissəsini redaktə edərək, onun 2021-ci ilin yanvarında Kapitoli iğtişaşlarına birbaşa çağırış etdiyi təəssüratını yaradıb.

İşçilərə ünvanladığı mesajda Tim Deyvi istefa qərarının özünün qərarı olduğunu və Direktorlar Şurasına dəstəyinə görə minnətdar olduğunu bildirib.

O, "bəzi səhvlərə yol verildiyini" və baş direktor olaraq bunlara görə məsuliyyət daşıdığını etiraf edib.

Deyvi rəhbərliyin rahat keçidini təmin etmək üçün daha bir neçə ay vəzifəsində qalacaq.

O, korporasiyaya 2020-ci ilin sentyabrında rəhbərlik edib. 2022-ci ildən bəri xəbər xidmətinə rəhbərlik edən Deborah Terness qeyd edib ki, qalmaqal "sevim olduğum BBC-yə zərər vurmaq" nöqtəsinə çatıb.

O, məsuliyyətin öz üzərində olduğunu vurğulayaraq, BBC News-dakı sistemli qərəzlilik ittihamlarının yalan olduğunu bildirdi.

Əli Babayev

Seçilən
16
46
sia.az

10Mənbələr