AZ

“Bir rus işğalçısınn məhv edilməsi üçün nə qədər xərc tələb olunur?“ Avstraliyalı general

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Dronlara xərclənən hər 1 dollar Rusiyaya 101 dollar zərər vurur..."

Rusiyanın rekord itkiləri və Putinin tələsik hücum planı

Avstraliya ordusunun istefada olan generalı və hərbi analitik Mik Rayan yazır ki, Rusiya oktyabr ayında müharibənin əvvəlindən bəri ən böyük itkilərini verib. Analitikə görə, payız və qış aylarında Rusiyanın həftəlik itkiləri artır və bu, təsadüfi deyil. Kremlin məqsədi ilin sonuna qədər ciddi nəticə əldə etməkdir. Bu barədə "insiderua.net" nəşri yazıb.

Rayan bunu belə izah edir: Rusiya rəhbərliyi Pokrovsk şəhərini ələ keçirməyi prioritetə çevirib. Məqsəd sadəcə hərbi uğur deyil, bunu ABŞ prezidentinə "Rusiyanın qarşısıalınmaz gücü" kimi satmaqdır.

Analitik hesab edir ki, noyabr və dekabr aylarında da Rusiya itkilərinin artması davam edəcək. Onun fikrincə, ukraynalılar rus qüvvələrinə elə itki vururlar ki, Moskva qələbə qazana bilmir, amma Putin üçün bu itkilar hələ də kifayət qədər ağrılı səviyyədə deyil.

Bir işğalçının məhv edilməsi Ukraynaya neçə dollara başa gəlir?

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Komandanlığı rəsmi rəqəmlər açıqlayıb. Onların hesablamasına görə, bir rus hərbçisinin məhv edilməsi: 784 dollara,  bir texnikanın sıradan çıxarılması: 949 dollara başa gəlir.

Bu rəqəmlər yalnız dronlarla həyata keçirilən zərbələrin xərcinə əsaslanır. Dron operatorlarının maaşı, həvəsləndirmə və digər əməliyyat xərcləri hesaba daxil edilməyib.

Pilotsuz Sistemlər Komandanlığının hesablaması aydındır: dronlara qoyulan sərmayə Rusiyanın texnika və canlı qüvvəsinə vurulan ziyanla müqayisədə dəfələrlə effektlidir. Onlar bildirir ki,   dronlara qoyulan hər 1 dollar Rusiyaya 101 dollar itki gətirir.

Rəqəmlər görünən reallığı təsdiqləyir

Ukrayna Baş Qərargahının 9 noyabr məlumatına görə, 1 milyon 151 min rus hərbçisi öldürülüb və ya yaralanıb,  11 300 tank məhv edilib,  23 500 zirehli texnika sıradan çıxıb,  34 300 artilleriya sistemi deaktiv edilib.

Cəbhə xəttində olan ukraynalı əsgərlər bildirir ki, Rusiya Pokrovsk istiqamətinə fasiləsiz şəkildə böyük piyada qüvvəsi atır. İtkilər nə qədər böyük olsa da, hücum əməliyyatları dayandırılmır.

Prezident Zelenski isə əlavə edir ki, təkcə oktyabr ayında Rusiyanın 28 min nəfərdən çox canlı qüvvə itkisi olub, bu, müharibə başlayandan bəri bir ay ərzində qeydə alınmış ən yüksək göstəricidir.

Beləliklə, Ukrayna Rusiyanın müharibə potensialını zəiflətmək üçün son dərəcə az sərmayə ilə maksimum effekt əldə edir. Amma Putin üçün bu itkilər hələ də dayanmaq siqnalı deyil - o, hələ də "qələbə göstəricisi" olaraq Pokrovsk üzərində fokuslanıb.

Moderator.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
moderator.az

2Mənbələr