AZ

Ermənistanın XİN başçısı Danimarkaya işgüzar səfər edəcək

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-də Danimarkaya iki günlük işgüzar səfər edəcək.

"Report"un Ermənistan mətbuatına istinadən məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan feysbukdakı səhifəsində yazıb.

Məlumata görə, Mirzoyan danimarkalı həmkarı Lars Lökke Rasmussenlə görüşəcək. Səfər zamanı həmçinin digər görüşlər və müzakirələr də planlaşdırılır.

"Gündəliyə həm Ermənistan-Danimarka ikitərəfli münasibətlərinin inkişafı, həm də Danimarkanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınmaqla Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi ilə bağlı məsələlər daxildir", - məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
6
azpolitika.info

9Mənbələr